Meksika hərbi gəmisi Nyu Yorkda körpüyə çırpılıb: 2 ölü, 17 yaralı

Bölmə: Hadisə › ,
Tarix: 10:31 18.05.2025

Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin Nyu Yorkda Bruklin körpüsünə çırpılması nəticəsində 19 nəfər yaralanıb, onlardan 4-nün xəsarəti ciddidir.

 

"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, bu barədə şəhərin meri Erik Adams məlumat yayıb.

 

Onun sözlərinə görə, gəmidə ümumilikdə 277 nəfər olub.

 

Körpünün konstruksiyasına ziyan dəyməyib, amma gəmi sıradan çıxıb.

gəminin Nyu Yorkda Bruklin körpüsünə çırpılması nəticəsində 2 nəfər ölüb, 17 nəfər yaralanıb.

 

Bu barədə “Nyu York Post” xilasetmə xidmətlərinə istinadla məlumat yayıb.