Pullarımızın Ukraynaya axmasını istəmirik -Orban

Bölmə: Dünya › ,
Tarix: 22:04 18.05.2025

"Ukraynanın tələsik Avropa Birliyinə daxil olması Macarıstanın milli maraqlarına təhlükə yaradır və buna imkan verilməməlidir".

 

"İnformator.az" xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

 

"Ukraynanın AB-yə üzvlüyü ən böyük təhlükədir. Ukraynanın əlavə pula ehtiyacı var və buna görə də nəyin bahasına olursa olsun Avropa Birliyinə daxil olmaq istəyir.

 

Lakin Macarıstan bunda maraqlı deyil. Biz istəmirik ki, onlar Avropanın ən təhlükəsiz ölkəsini mafiya yuvasına çevirsinlər və Macarıstan pullarının Brüssel vasitəsilə Ukraynaya axmasını istəmirik. Xeyr, xeyr və xeyr",- o bildirib.