Azərbaycan Premyer Liqasının qalibi mükafatlandırılıb

Tarix: 22:22 18.05.2025
Futbol üzrə Misli Premyer Liqasının qalibi olan "Qarabağ" klubu mükafatlandırılıb.
"İnformator.az" "Report"a istinadən xəbər verir ki, tədbir XXXV turda "Kəpəz" ilə oyundan (3:0) sonra "Azərsun Arena"da gerçəkləşib.
İlk olaraq oyunçulara medallar təqdim edilib. Ardınca komandaya kubok verilib.
Mükafatları Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katib Cahangir Fərəcullayev və "Qarabağ"ın prezidenti Tahir Gözəl təqdim edib.
Qeyd edək ki, "Qarabağ" cari mövsümün başa çatmasına 1 tur qalmış 86 xalla turnir cədvəlinə başçılıq edir.