ABŞ və Aİ ticarət danışıqlarını yeniləməyə hazırlaşır

Tarix: 22:44 18.05.2025
ABŞ-nin vitse-prezidenti C.D. Vens bazar günü Romada Avropa Komissiyasının prezidenti Ursula Von Der Leyen və İtaliyanın baş naziri Corciya Meloni ilə görüşərək, bu müzakirənin Aİ–ABŞ ticarət danışıqlarını irəli aparacağına ümid etdiyini bildirib.
“Avropa ABŞ üçün həyati əhəmiyyətli bir müttəfiqdir”,– deyə Vens papa Leo-nun andiçmə ayinində iştirak etdikdən sonra Von Der Leyen və Meloni ilə birlikdə çıxışında bildirib. “Lakin yaxın dostlar kimi, təbii ki, xüsusilə ticarət məsələlərində fikir ayrılıqlarımız var. Bu söhbətin uzunmüddətli, əhəmiyyətli danışıqların və qarşılıqlı iqtisadi faydaların başlanğıcı olduğuna inanıram”.
Hazırda Vaşinqton polad, alüminium və avtomobillərə 25%, digər əksər məhsullara isə ümumi 10% tarif tətbiq edir. Əgər danışıqlar 90 günlük razılaşma müddətində nəticə verməzsə, Aİ mallarına qarşı əlavə 10%-lik qarşılıqlı rüsum tətbiq edilə bilər.
Von Der Leyen qeyd edib ki, Aİ–ABŞ ticarəti illik 1.5 trilyon dollardan çox olmaqla dünyanın ən böyüyüdür və artıq hər iki tərəf danışıqların detalları üzərində işləmək üçün sənədləri mübadilə edib. Mütəxəssislərimiz bu sənədləri incələdikcə deyirlər " Biz əsas diqqəti detalların dəqiqləşdirilməsinə yönədib sonra işi başa çatdırdıq".Çünki şeytan təfərrüatlarda gizlənir, lakin məqsədimiz hər kəs üçün ədalətli bir razılaşmadır”.
Donald Trampın yanvar ayında yenidən prezident seçilməsindən sonra Von Der Leyen onunla yalnız Papa Fransiskin dəfnində qısa bir dialoq qurub, lakin hələlik rəsmi ikitərəfli görüş keçirilməyib. O, yalnız tarif məsələsini deyil, həm də Ukrayna və müdafiə xərcləri kimi mövzuları Venslə müzakirə etməyi planlaşdırır.
ANEWZ
Gülhüseynova Güllər