"Qalatasaray" 25-ci dəfə Türkiyə çempionu olub

Bölmə: İdman › ,
Tarix: 22:20 18.05.2025

"Qalatasaray" futbol komandası 25-ci dəfə Türkiyə çempionu olub.

 

"İnformator.az" xəbər verir ki, bu, "sarı-qırmızılar"ın Superliqanın XXXVI turunun oyununda "Kayserispor"u məğlub etməsi (3:0) sayəsində rəsmiləşib.

 

 

Xallarının sayını 89-a çatdıran İstanbul klubu əzəli rəqibi "Fənərbağça" üçün əlçatmaz olub.