Hikmət Hacıyev İran Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

Tarix: 21:03 18.05.2025
"İnformator.az" xəbər verir ki,Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tehranda İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian ilə görüşüb.
Görüşdə tərəflər dəhliz yollarının və tranzit marşrutlarının tikintisinin sürətləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Qeyd edək ki, Hikmət Hacıyev Tehran Dialoq Forumunda iştirak etmək üçün İranda səfərdədir.