Putinlə Tramp nədən danışdığını açıqlayıb

Tarix: 09:54 20.05.2025
“Rusiya və ABŞ Prezidentləri telefon danışığı zamanı Rusiya və Ukrayna liderləri Vladimir Putinlə Volodimir Zelenski arasında birbaşa danışıqlar məsələsini müzakirə ediblər”.
“İnformator.az” “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.
“Sözsüz ki, söhbət zamanı birbaşa danışıqlar, eləcə də Rusiya və Ukrayna arasında birbaşa təmasların davam etdirilməsi məsələsi müzakirə edilib”, - deyə Peskov bildirilib.