Boks üzrə mütləq dünya çempionu vəfat edib

Bölmə: İdman › ,
Tarix: 18:11 21.05.2025

Boks üzrə yüngül və orta çəkidə mütləq dünya çempionu Nino Benvenuti vəfat edib.

 

"İnformator.az"  "BoxingScene"yə istinadən xəbər verir ki, 1960-cı ildə Olimpiya çempionluğunu da qazanmış idmançı 87 yaşında ölüb. Tarixin ən yaxşı boksçularından hesab olunan N.Benvenuti peşəkar rinqdə keçirdiyi 90 döyüşün 82-dən (35-i nokautla) qələbə ilə ayrılıb.

 

Qeyd edək ki, o, həvəskarlar arasında keçirdiyi 120 döyüşün 119-da qalib gəlib.