İran Parlamenti Rusiya ilə hərtərəfli strateji tərəfdaşlıq sazişini təsdiqləyib

Bölmə: Dünya › ,
Tarix: 18:11 21.05.2025

İran Parlamenti Rusiya ilə "Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi"ni təsdiqləyib. İran Parlamentinin Xəbər Agentliyinin (ICANA) verdiyi məlumata görə, Rusiya və İran arasında uzunmüddətli və hərtərəfli strateji tərəfdaşlıq quran bu saziş parlamentdə qəbul olunub.

 

 

Saziş iki ölkə arasında hərbi müdafiə, terrorla mübarizə, iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, kənd təsərrüfatı və mədəniyyət kimi müxtəlif sahələrdə geniş əməkdaşlığı əhatə edir.

 

 

Rusiya və İran strateji və ticari sahələrdə əməkdaşlığı nəzərdə tutan bu uzunmüddətli saziş üzərində 2021-ci ildən bəri iş aparırdılar. İran Prezidenti Məsud Pezeşkian və Rusiya Prezidenti Vladimir Putin 17 yanvar tarixində iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq sazişini imzalayıblar.

 

 

Rusiya Dövlət Duması və Federasiya Şurası da bu sazişi təsdiqləyib.

Qeyd edək ki, İran 2021-ci ilin mart ayında Çinlə də oxşar bir saziş imzalayıb.

 

 

 

Haber Global 

Nuray Əliyeva