Aİ Suriyaya qarşı tətbiq olunan sanksiyaları ləğv edib

Tarix: 18:14 21.05.2025
Avropa İttifaqı, Suriyaya qarşı tətbiq olunan sanksiyaların ləğvi barədə qərar verib. Aİ-nin Xarici Əlaqələr üzrə Rəhbəri Kaja Kallas Suriyalılara ölkələrini yenidən qurmaqda dəstək olmaq istədiklərini bildirib.
Digər tərəfdən, ABŞ Dövlət Katibi Marko Rubio isə “Suriya bir neçə həftə ərzində yenidən vətəndaş müharibəsinə sürüklənə bilər” iddiası ilə çıxış edib.
Amerika Birləşmiş Ştatlarının ardınca, Avropa İttifaqı da Suriyaya qarşı tətbiq olunan sanksiyaları ləğv etmək qərarına gəlib. 14 ildir davam edən sanksiyalar Brüsseldə keçirilən xarici işlər nazirlərinin toplantısından sonra ləğv edilib.
Qərarı Aİ-nin Xarici Əlaqələr üzrə rəhbəri Kaya Kallas “X” sosial şəbəkəsindəki paylaşımı ilə açıqlayıb. O bildirib ki, Suriyanın xalqına yeni, hərtərəfli və sülhsevər bir ölkə inşa etməkdə dəstək olmaq istəyirlər.
Kallas paylaşımında “Avropa İttifaqı son 14 il ərzində Suriyalıların yanında olub və bu dəstəyi davam etdirəcək,” – deyə qeyd edib.
Suriyanın Xarici İşlər Naziri Əsəd Həsən Şeybani də “X” platformasında paylaşım edərək Avropa İttifaqına təşəkkür edib. O, sanksiyaların ləğv olunmasının Suriya xalqı üçün tarixi bir uğur olduğunu bildirib.
Haber Global
Nuray Əliyeva