İndoneziyada yerləşən Dukono vulkanı püskürüb

Bölmə: Dünya › ,
Tarix: 18:16 21.05.2025

İndoneziyanın Şimal Maluku vilayətində yerləşən Dukono vulkanında partlayış baş verib.

 

Vulkan Müşahidə Məntəqəsinin (PGA) verdiyi məlumata görə, Dukono vulkanındakı partlayış səhər saatlarında qeydə alınıb.

 

 

Açıqlamada bildirilib ki, dəniz səviyyəsindən 1087 metr yüksəklikdə yerləşən vulkan, partlayışdan sonra 1600 metr yüksəklikdə kül püskürüb.

 

 

Haber Global

Nuray Əliyeva