Prezident Ərdoğan:"Təkrar namizəd olmaq kimi dərdim yoxdur"

Tarix: 17:43 23.05.2025
Prezident Ərdoğan Macarıstandan dönüşdə təyyarədə jurnalistlərlə söhbətində yeni konstitusiya və öz namizədliyi ilə bağlı açıqlama verib.
Ərdoğan bildirib: “Yeni konstitusiyanı özümüz üçün yox, ölkəmiz üçün istəyirik. Mənim yenidən seçilmək və ya yenidən namizəd olmaq kimi bir dərdim yoxdur”.
Konstitusiya ilə bağlı iş aparıldığını deyən Ərdoğan əlavə edib: “Artıq çevrilişçilərin deyil, mülki şəxslərin hazırladığı bir konstitusiyaya ehtiyacımız var”.
Prezident Ərdoğanın namizədliyi məsələsi, MHP lideri Dövlət Baxçalinin noyabrdan bəri qrup toplantılarında verdiyi açıqlamalardan bəri ara-sıra gündəmə gəlir.
Mənbə:BBC NEWS
Səmayə Səftərova