Ceyhun Bayramov Koreyanın yeni səfirini Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları barədə məlumatlandırıb

Tarix: 19:10 23.05.2025
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları barədə Koreyanın Azərbaycana yeni təyin olunmuş səfiri Kimqu Kanqı məlumatlandırıb.
"İnformator.az" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, nazir yeni səfiri qəbul edərkən bu barədə danışıb.
Görüş zamanı həmçinin, keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin tarixçəsi, eləcə də post-münaqişə dövründə vəziyyət barədə qarşı tərəfə ətraflı məlumat verilib. Azərbaycan tərəfinin təşəbbüsü ilə aparılan sülh prosesində Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları və Minsk Qrupunun ləğvi məsələsi kimi maneələr qeyd olunub. Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işləri və minasızlaşdırma fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.