İran bizim üçün hələ də ciddi problemdir

Bölmə: Siyasət › ,
Tarix: 22:14 23.05.2025

 

Ümid edirəm ki, ABŞ İranın nüvə silahı əldə etməsinin və uranı zənginləşdirməsinin qarşısını alacaq bir razılaşmaya nail ola biləcək”, - deyə Netanyahu qeyd edib.


Mövzu ilə əlaqədar politoloq Oqtay Qasımov “İnformator.az”ABŞ ilə İran arasında ayın 25- in də beşinci danışıqlar keçiriləcək:


“Tərəflərin mövqelərində hələ də kifayət qədər ziddiyyətli məqamlar var. Belə ki, ABŞ ümumiyyətlə İranın nüvə proqramından əl çəkməsini və Uranın bir faizdən yuxarı belə zənginləşməsinə razı olmadığını bəyan edir. İran isə bunun doğru olmadığını qəbul edilməz olduğunu bildirir və hesab edir ki, proqramın həyata keçirilməsi və nüvə enerjisindən istifadə İranın hüquqlarıdır. İran bu haqqından vaz keçmək istəmir. Bu baxımdan hələlik mürəkkəb bir situasiya görünsə də, hesab edilən tərəflər arasında gedən danışıqlar bir formada müəyyən bir razılaşma ilə sonlanıla bilər.
Görünən odur ki, hazırda Tramp ona qarşı sərt addımların atılmasına tələsmir və bunun çox ciddi geopolitik nəticələri olacağının fərqindədir”.


Ekspertin sözlərinə görə, İsrail üçün maraqlı olan odur ki, məhz ABŞ-nin təzyiqi altında İran nüvə proqramından imtina etsin və İsrailə qarşı düşmənçiliyi dayandırsın:


“Yaxın dövrlərdə bu razılaşmanın əldə olunacağını gözlənilən hesab etmirəm. Çünki danışıqlar kifayət qədər mürəkkəb bir mərhələdədir və hələ davam edəcək. Yəni tərəflərin ortaq məxrəcə gəlməsi üçün bir xeyli zamana ehtiyac var və İsrail hansı addımlar ata bilər? İsrail danışıqların gedişatından asılı olaraq nəticələrindən asılı olaraq müəyyən addımlar ata bilər. Baxmayaraq ki, hazırda Netanyahu hökuməti ilə Tramp administrasiyası arasında müəyyən soyuqluq var.
Yaxın və Orta Şərqdə özünün milli maraqlarını İsrail hökumətinin siyasətinə qurban etmək istəmir. Məhz burada fikir ayrılıqları var. Diqqəti görürük ki, son dönəmlərdə Tramp administrasiyası məhz Netanyahu hökumətinin düşmən saydığı qüvvələrlə birbaşa təmasa keçib. Bunlar həm Suriyadakı yeni rejim rəhbərliyi ilə görüşlər keçirilib. Həm də Həmasla müəyyən danışıqlar aparılıb və müəyyən razılaşmalar artıq çox yaxındır. Husilərlə müəyyən anlaşmalar əldə edilib, İranla danışıqlar aparılmaqdadır ki, bunlar İsrail tərəfini işdən məmnun etmir. Ona görə İsrail gedişatdan asılı olaraq müəyyən addımlar ata bilər. Amma hesab edirəm ki, bu addımlarla Amerikanın izni olmadan hansısa bir addım atması və Amerikanın mənafeyinə uyğun olmayan addımlar İsrail hökumətinin özü üçün də nəticələrə gətirəcək.
İranın nüvə problemi, nüvə silahı əldə etməsi, hesab edirəm ki, region ölkələri üçün kifayət qədər ciddi təhlükə mənbəyidir. Və nəzərə alsaq ki, İranda hakimiyyətdə olan rejim radikal baxışlı, teokratik bir rejimdir və məhz belə rejimlərin əlində nüvə silahının olması yalnız region deyil, ümumiyyətlə beynəlxalq aləm üçün kifayət qədər təhdid mənbəyi olacaq. Məhz buna görə də İranın nüvə silahı əldə etməsi həm də region ölkələri olaraq maraqlarına uyğun deyil”.


Asiman Vəliyeva