Əsir mübadiləsindən sonra bu təklifləri verəcəyik -Lavrov

Bölmə: Dünya › ,
Tarix: 22:56 23.05.2025

Rusiya hərtərəfli nizamlanma sazişinə nail olmaq üçün şərtləri müəyyən edəcək memorandum layihəsi hazırlayır.

 

"İnformator.az" xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

 

“Hərbi əsirlərin mübadiləsi başa çatan kimi Ukrayna tərəfinə Rusiyanın hazırda tamamlamaqda olduğu sənəd layihəsini verməyə hazır olacağıq”, - Lavrov söyləyib.

 

Qeyd edək ki, hazırda Ukrayna və Belarus sərhədində “1000-in 1000-ə” prinsipi əsasında ən böyük əsir mübadiləsi aparılır.