Rusiya ordusu 3 yaşayış məntəqəsini ələ keçirib

Tarix: 15:24 24.05.2025
Rusiya Silahlı Qüvvələri 24 saat ərzində Sum vilayətində Loknya, Donetsk vilayətində Stupochki və Otradnoye yaşayış məntəqələrini nəzarət altına alıb.
“İnformator.az” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, yaşayış məntəqələri "Şimal", "Cənub" və "Şərq" qoşun qruplaşmaları bölmələrinin hərəkətləri sayəsində nəzarətə götürülüb.
"Xüsusi əməliyyat qüvvələrinin ayrıca mərkəzi, Ukrayna Təhlükəsizlik Xidmətinin aviasiya mərkəzi, sursat anbarları, həmçinin Ukrayna Silahlı Qüvvələri bölmələrinin müvəqqəti dislokasiya məntəqələrinə zərbə endirilib", - deyə məlumatda bildirilib.