Azərbaycanəsilli İran rejissorun filmi “Kann” festivalının qalibi olub

Bölmə: Maraqlı › ,
Tarix: 22:45 24.05.2025

Azərbaycanəsilli İran rejissoru Cəfər Pənahinin “Sadə təsadüf” filmi “Kann” kinofestivalının baş mükafatı olan “Qızıl palma budağı”na layiq görülüb.

 

“İnformator.az” xəbər verir ki, bu barədə “France 2” telekanalı məlumat yayıb.

 

Film avtomobil qəzasından sonra dustaq həyatı yaşayan bir şəxsin həbsxanadakı ağır həyatından bəhs edir.

Qeyd edək ki, Cəfər Pənahi 15 ildən sonra ilk dəfə olaraq “Kann” Beynəlxalq Film Festivalında iştirak edib.