BDU-da növbəti təlim: “İctimaiyyətlə əlaqələrdə müasir tendensiyalar və müsahibələrin effektiv idarə edilməsi”

Bölmə: MEDİA › ,
Tarix: 14:01 26.05.2025

Bu gün Bakı Dövlət Universitetində Jurnalistika fakültəsində "BDU könüllüləri" təşkilatının Jurnalistika fakülətsi könüllülərinin təşkilatçılığı və təlimçi Nigar Qaracəmirlinin iştirakı ilə “İctimaiyyətlə əlaqələrdə müasir tendensiyalar və müsahibələrin effektiv idarə edilməsi” mövzusunda təlim keçirildi.

 

Tədbirə təlimçi Nigar Qaracəmirli açılış nitqi ilə başladı. O, "Müasir dövrdə PR-ın rolu" haqqında təlim iştirakçılarını məlumatlandırdı. 

 

Təlimçi süni intellektin gündəlik həyatımızda üstünlükləri və çatışmayan cəhətlərini də diqqətə çatdırdı.

 
Nigar xanım tədbirin irəliləyən dəqiqələrində auditoriyaya suallar ünvanladı. Daha sonra təlimçi iştirakçılara iş təcrübələrindən də danışdı. Davamlılıq və sosial məsuliyyətin brend imicinə təsiri məsələsinə toxundu.

 

Nigar Qaracəmirli "Krizis kommunikasiyası və strategiyası" mövzusunda auditoriya ilə fikirlərini bölüşərək , kriz zamanı ilk 30 dəqiqənin nə qədər vacib olduğunu vurğuladı.

Təlimçi "İntervyuların planlaşdırması və icrası" haqqında qeyd etdi ki, jurnalist ilk növbədə  müsahibini ətraflı şəkildə araşdırmalıdır. 

 
Effektiv intervyu texnikalarının növlərini açıqlandı və auditoriya ilə bərabər fikir mübadiləsi aparıldı. Təlimçi uğurlu və uğursuz intervyu nümunələrindən də söz açdı. Ardınca bu haqda nümunə olaraq video-rolik göstərildi.

 

Tədbirin gedişatında auditoriya iştirakçıları ilə interaktiv simulyasiya oyunu keçirildi.

 

Sonda təlimçi auditoriyaya təşəkkürünü bildirdi və xatirə fotosu çəkildi.

 

Nərmin Həşimova

Kəmalə Vəliyeva