Azərbaycanda vergi borcları 3 milyard manatı keçib

Bölmə: İqtisadiyyat › ,
Tarix: 22:06 27.05.2025

 

2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar üzrə borclar 344,9 milyon manat və yaxud 12,2 % artaraq 3 milyard 169,3 milyon manat təşkil edib.


Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki,
vergi borclarının artması heç də yaxşı bir tendensiya deyil:


“Bu o deməkdir ki, biznesin ciddi çətinlikləri var, biznes çətinlik çəkməyəndə, vergi borcunu da saxlamır və Azərbaycanda elə bir sistem var ki, vergi borcu avtomatik silinir. Deməli, biznesin hesabına pul gəlmir deyə onun borcu artır və hesablardan vergilər silinmir. Bu çox ciddi bir tendensiyadır və birdən-birə 12% artması heç də yaxşı bir şey deyil. Bu ondan xəbər verir ki, Azərbaycanda biznes üçün biznes mühiti o qədər də yaxşı bir vəziyyətdə deyil. Bu, hökumət üçün də siqnal olmalıdır. Həm vergilərin azaldılması ilə bağlı, həm biznes mühitinin yaxşılaşdırılması ilə bağlı ciddi addımların atılmasına ehtiyac var”.

 

Asiman Vəliyeva