Nazir generalı işdən çıxarıb

Tarix: 20:09 29.05.2025
"İnformator.az" xəbər verir ki, General-mayor Rəfail Mehdiyevin Fövqəladə Hallar Nazirliyindəki (FHN) fəaliyyətinə xitam verilib.
Məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmri ilə Rəfail Mehdiyevin nazirlikdəki vəzifələrindən azad edilib.
Qeyd edək ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin sabiq rəisi olan Rəfail Mehdiyev ötən ilin oktyabr ayında sözügedən xidmətin tibb işləri üzrə rəis müavini, bu ilin mart ayında Xidmət rəisi əvəzedicisi təyin olunmuşdu.