İran zəmanət verə bilməyəcək, çünki nüvə bombası...

Tarix: 19:35 31.05.2025
İran gizli şəkildə nüvə proqramı həyata keçirib.
"İnformator.az" xəbər verir ki, bu barədə “Röyters” MAQATE-nin hesabatına istinadən məlumat yayıb.
“İranın 60% zənginləşdirilmiş uran ehtiyatı 408 kiloqrama çatıb ki, bu da 24 kiçik məhsuldar nüvə bombası üçün kifayətdir”, - məlumatda bildirilib.
Qeyd olunub ki, İran bununla nüvə proqramının yalnız dinc xarakter daşıdığına zəmanət verə bilməyəcək.