HƏMAS ABŞ-nin Qəzza ilə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib

Bölmə: Dünya › ,
Tarix: 19:29 31.05.2025

HƏMAS vasitəçilərə ABŞ Prezidentinin nümayəndəsi Stiv Uittkoffun Qəzza zolağında atəşkəslə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib.

"İnformator.az" xəbər verir ki bu barədə HƏMAS-ın bəyanatında qeyd edilib.

Bildirilib ki, HƏMAS 10 girovu azad etməyə və 18 cəsədi təhvil verməyə razılaşıb.

“Məsləhətləşmələrdən sonra biz bu gün ABŞ nümayəndəsi Stiv Uitkoffun təklifinə öz cavabımızı təqdim etdik. Biz davamlı atəşkəs, Qəzza zolağından hərtərəfli geri çəkilmə daxil olmaqla, cavabımızı təqdim etdik”, - qeyd edilib.