Fidan Barrotla Rusiya-Ukrayna müharibəsinin həlli ətrafında müzakirələr aparıb

Tarix: 19:25 31.05.2025
Türkiyənin xarici işlər naziri Hakan Fidan Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barrotla telefonla danışıb.
"İnformator.az" Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Tərəflər Fələstin və Suriyadakı son prosesləri müzakirə ediblər.
Onlar, həmçinin Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün ortaya qoyulan səylər barədə danışıblar.