Peskov: Putin Ukrayna ilə bağlı yüksək səviyyəli danışıqlara hazırdır

Bölmə: Dünya › ,
Tarix: 14:39 30.05.2025

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında birbaşa danışıqlarda nəticə əldə edildiyi təqdirdə yüksək səviyyəli təmaslar barədə də söhbət gedə bilər.


"İnformator.az" Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyənin xarici işlər naziri Hakan Fidanın Rusiya, ABŞ və Ukrayna prezidentləri Vladimir Putin, Donald Tramp və Volodimir Zelenskinin mümkün görüşü ilə bağlı açıqlamasını jurnalistlərə şərh edərkən bildirib.


"Prezident Putin dəfələrlə deyib ki, prinsip etibarilə o, yüksək səviyyəli əlaqələrin "tərəfdarıdır", əlbəttə ki, onlara tələbat var. Amma buna hazırlaşmaq lazımdır və ilk növbədə, nümayəndə heyətləri arasında danışıqlarda, iki ölkənin nümayəndə heyətləri arasında birbaşa danışıqlarda nəticə əldə edilməlidir. Bundan sonra belə bir nəticə əldə olunarsa, yüksək səviyyəli təmaslardan söhbət gedə bilər", - o qeyd edib.