Trampın Çinə sərt xəbərdarlığı

Tarix: 22:10 30.05.2025
ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə Çinin ABŞ ilə ticarət razılaşmasını pozduğunu açıqlayıb. Daha "yaxşı adam" yoxdur, - Trump deyib.
ABŞ və Çin arasında ticarət müharibəsində gərginlik artır. ABŞ Prezidenti Donald Tramp sosial media hesabından verdiyi açıqlamada Çinin iki ölkə arasında imzalanan gömrük müqavilələrini tamamilə pozduğunu bildirib. Tramp Çinin yüksək gömrük rüsumları səbəbindən böyük iqtisadi sıxıntılar yaşadığını vurğulayıb.
Tramp, "Çin iki həftə əvvəl böyük iqtisadi təhlükə ilə üzləşib. Tətbiq etdiyim yüksək tariflər onların ABŞ bazarında iş görmələrini demək olar ki, qeyri-mümkün etdi"-deyib. O, tətbiq etdiyi tariflərin Çini çətin vəziyyətə saldığını izah edib.
“Bir çox fabrik bağlandı, ölkədə ciddi vətəndaş iğtişaşları yaşandı” deyən Tramp Çini fəlakətdən xilas etmək üçün tez bir razılaşma əldə etdiyini söyləyib. Bununla belə, o, Çinin razılaşmadan sonra bəzi öhdəliklərini pozduğunu və bundan sonra nəzakətli olmayacağını vurğulayıb.
Tramp Çinin pozuntularına görə tətbiq olunacaq sanksiyalarla bağlı təfərrüatları açıqlamayıb. Bu bəyanat ABŞ-Çin ticarət əlaqələrində yeni gərginlik dalğasının xəbərçisi hesab olunur.
CNN Türk
Əminə Əliyeva