ABŞ Ukraynanı Rusiya ilə danışıqlarda iştiraka məcbur edə bilər

Bölmə: Dünya › ,
Tarix: 11:27 31.05.2025

ABŞ iyunun 2-də Ukraynanı Rusiya ilə danışıqlarda iştiraka məcbur edə bilər.

 

"İnformator.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti xəbər verib.

 

Nəşrin məlumatına görə, şərtlərlə bağlı çıxılmaz vəziyyət Ukraynanı çətin diplomatik duruma salıb - burada o, Vaşinqtonun Rusiyanın təklif etdiyi texniki danışıqlara qatılması üçün göstərdiyi təzyiqlə üz-üzə qala bilər.

 

Qeyd olunur ki, ABŞ-nin hərbi və kəşfiyyat yardımından davamlı şəkildə asılı olması Ukraynanın diplomatik manevr imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Buna baxmayaraq, Kiyev əvvəllər təklif olunmuş Rusiya şərtləri əsasında danışıqlara başlamaq istəmir.

 

Kremlin nümayəndəsi Dmitri Peskovun mayın 30-da verdiyi açıqlamaya əsasən, Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqların ikinci raundunu keçirmək məqsədilə Türkiyəyə yola düşüb. Diplomatların iyunun 2-si, bazar ertəsi səhər dialoqu davam etdirməyə hazır olacaqları bildirilir.