Tramp polad idxalına tətbiq edilən rüsumları ikiqat artıracaq

Bölmə: Dünya › ,
Tarix: 17:20 31.05.2025

ABŞ Prezidenti Donald Tramp polad idxalına tətbiq edilən rüsumları 50 faizə qədər artırır"

 

"İnformator.az"ın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə o, Pensilvaniyada "US Steel" zavodunda bildirib.

 

"ABŞ-yə polad idxalına tarifləri 25 faizdən 50 faizə qaldıracağıq, bu da ölkədə polad sənayesini daha da gücləndirəcək", - deyə D.Tramp bildirib.

 

Qeyd edək ki, D.Trampın bəyanatı Yaponiya ilə çoxmilyardlıq sərmayələri və Pensilvaniyadakı polad zavodu üzərində ABŞ-nin nəzarətinin saxlanmasını nəzərdə tutan müqavilənin bağlanması fonunda verilib.