"Qadın heç vaxt ərinə səbəbsiz şillə vurmaz"-Peskov Makron barədə

Bölmə: Dünya › ,
Tarix: 17:32 31.05.2025

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Fransa Prezidenti Emmanuel Makronun ailəsində baş verən şillə qalmaqalı ilə bağlı maraqlı açıqlama verib.

 

"İnformator.az"ın məlumatına görə, Peskov bu barədə VGTRK telekanalına müsahibəsində danışıb.

 

"Əgər qadın ərinə şillə vurursa, bu, heç vaxt səbəbsiz olmur. Amma bu, bizim işimiz deyil", - deyə o bildirib.

 

Peskov onu da qeyd edib ki, Emmanuel və Bricit Makronun ailə münasibətləri ictimai müzakirəyə çıxarılmamalıdır:

 

"Makron ailəsinin münasibətləri onların öz işləridir və bu cür məsələlər ictimaiyyət qarşısında müzakirə olunmamalıdır".