Avrokuboklarda çıxış edəcək bütün klublar dəqiqləşib

Tarix: 22:26 31.05.2025
2025/2026 mövsümündə Azərbaycanı UEFA turnirlərində təmsil edəcək bütün komandaların adı bəlli olub.
"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, "Sabah" “Qarabağ”a qalib gəlməklə Avropa Liqasında iştirakını təmin edib.
“Zirə” isə kubokdakı nəticəyə görə mübarizəni Konfrans Liqasında davam etdirəcək.
"Qarabağ" UEFA Çempionlar Liqasında mübarizə aparacaq. "Araz-Naxçıvan" da UEFA Konfrans Liqasında çıxış edəcək.