Qurban Qurbanov məğlubiyyəti belə şərh edib

Bölmə: İdman › ,
Tarix: 22:44 31.05.2025

"Qarabağ"ın futbolçuları Azərbaycan Kubokunun finalında yaxşı oyun keçiriblər.

 

"İnformator.az" xəbər verir ki, bunu komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.

 

Təcrübəli mütəxəssis "Sabah"a 2:3 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun final oyunu ilə bağlı fikirlərini bölüşüb:

 

"Rəqibi təbrik edirəm. Avrokuboklarda onlara uğurlar arzulayıram. Futbolçularıma təşəkkür edirəm, sona qədər mübarizə apardılar. Hər bir oyunçudan razı qaldım. Stadionda möhtəşəm atmosfer var idi".