Fransa Azərbaycanın sərhədində konfrans keçirir

Bölmə: Dünya › ,
Tarix: 10:54 02.06.2025

İyunun 2-də Gorusda Ermənistan-Fransa əməkdaşlığına həsr olunmuş beşinci konfrans öz işinə başlayıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

 

Konfrans iyunun 3-dək davam edəcək.

 

“Fransadan Ermənistana gələn nümayəndə heyətinin tərkibinə bələdiyyə sədrləri, regional liderlər və parlamentarilər daxildir. Onların arasında Fransa Milli Assambleyası və Senatının Ermənistan-Fransa dostluq qruplarının rəhbərləri Loran Vokye və Gilbert-Lyuk Dvinaz da var”, - məlumatda bildirilib.

 

Konfrans çərçivəsində Gorusda Fransanın konsulluğunun açılışı olacaq.