Paris quldurların oyun meydançasına çevrilib – Partiya sədri qəzəblənib

Bölmə: Siyasət › ,
Tarix: 18:07 01.06.2025

 

Fransanın ifrat sağçı partiyasının rəhbəri Parisdəki iğtişaşları şərh edib.

 

"İnformator.az" xəbər verir ki, Milli Birlik Partiyasının prezidenti Cordan Bardella Çempionlar Liqasının finalında PSJ -nin İnter üzərində 5:0 hesablı qələbəsindən sonra azarkeşlərlə polis arasında baş verən qarşıdurmalar və digər insidentlər haqqında paylaşım edib.

 

“İstənilən ictimai şənliklərdə olduğu kimi, Fransanın paytaxtı da quldurların oyun meydançasına çevrilib. Hamısı eyni sifətlər və dövlətin acizliyi. Bu, artıq təkcə ciddi təhlükəsizlik problemi deyil, Fransanın bütün dünyada imicinə xələl gətirir”, – deyə siyasətçi yazıb.

 

Daha əvvəl bildirilmişdi ki, polis Parisdə itaətsiz azarkeşləri dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib.