Trampla Szinpin arasında telefon danışığı-Hassett

Bölmə: Siyasət › ,
Tarix: 18:10 01.06.2025

ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Szinpin arasında telefon danışığının gələn həftə baş tutacağı gözlənilir.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Ağ Evin Milli İqtsadi Şurasının direktoru Kevin Hassett məlumat verib.

 

“Prezident Trampın bu həftə Çin lideri Szinpinlə böyük ticarət müzakirəsi aparacağını gözləyirik. Bizim gözləntimiz budur”, - Hassett bildirib.

 

Hassett telefon danışığı ilə bağlı dəqiq tarix verməyib.