Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin nümayəndələri ilə görüşüb

Bölmə: Siyasət › ,
Tarix: 19:42 04.06.2025

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şimali və Baltikyanı ölkələrin (Şimali Baltik Səkkizliyi ölkələri, NB8) nümayəndələri ilə görüşüb.

 

"İnformator.az" xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib.


"Bizim qlobal və regional məsələlər, eləcə də ikitərəfli gündəm üzrə çox səmərəli dialoqumuz oldu. Müxtəlif sahələrdə əməkdaşlığımızı inkişaf etdirmək üçün geniş imkanlar və qarşılıqlı maraq var", - o bildirib.