Dövlət nümayəndələri arasında növbəti görüş

Tarix: 20:03 04.06.2025
Azərbaycan və Ermənistanın itkin düşmüş şəxslər üzrə dövlət komissiyalarının nümayəndələri arasında növbəti görüş keçirilib.
Mövzu ilə bağlı politoloq Fuad Abbasov "İnformator.az"a açıqlamasında bildirib ki, Ermənistan və Azərbaycan arasında ilkin düşmüş şəxs üzrə dövlət komissiyalarının nümayəndələrinim görüşməsi, əlbəttə, çox vacib məsələdir:
"Nəzərə alaq ki, itkin düşmüşlərin sayı 3000 nəfərdən çoxdur. Ermənistandan isə ən son məlumatlara əsasən, həm birinci, həm də ikinci Qarabağ müharibəsində itkin düşənlərin ümumi sayı 992 nəfərdir. Yəni, arada 3 dəfə çox fərq var. Bu deməkdir ki, Ermənistan təcavüz göstərmiş bir ölkə olaraq, Azərbaycanda daha çox insanın itkin düşməsinə səbəb olan bir ölkədir. Ermənistanın bu fəaliyyətdə daha təşəbbüskar olması, azərbaycanlıların itkin düşmüşlərin siyahılarını təqdim etməsi, bunu beynəlxalq səviyyəyə qaldırıraraq digər dövlətlərin də Ermənistandan bunu tələb etməsi vacibdir. Amma Azərbaycanda öz tərəfindən birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin siyahısını və yaxud da ki yerlərini açıqlaya bilər. Ancaq hər kəs çox yaxşı bilir ki, birinci Qarabağ müharibəsindən sonra ermənilər Qarabağdan çıxmadılar, olduqları yerdə qalmaqdan daha çox azərbaycanlıların yaşadığı yerlərə yerləşdilər. Beləliklə, ermənilərin 2-ci Qarabağ müharibəsində itkin düşmüş şəxsləri müharibə nəticəsində itkin düşmüş şəxslərdir. Amma Azərbaycandan isə itkin düşənlərin böyük bir hissəsi hərbiçi deyil, sivil xalqdır. Bu insanlar öz məkanlarında yaşayan insanlar olublar. Ermənilər onları işğal zamanı ya əsir aparıb, ya da öldürüblər. Hələ bunlar haqqında heç bir məlumat yoxdur. Bu Cənubi Qafqaz bölgəsində hər hansı bir uzunmüddətli sabitliyə təsir göstərə bilməz. Çünki ermənilərin itkin düşmüşlərin siyahısını verməsi ilə sabitlik gələcəyi dərk olunmur.
Politoloq həmçinin qeyd edib ki, bu ermənilərin onsuz da sabitlik olsa da, olmasa da bir mənəvi borcudur:
"Belə olduğu halda etimadın artacağını da düşünmürəm. Çünki Azərbaycan Ermənistandan mina xəritəsi tələb etdiyi zaman onun qarşılığında əsir götürülmüş ermənilərin buraxıb, amma mina xəritələrinin ən çox 10-15%-i gerçək minaların yerini göstərib, qalanları isə yalançı xəritələr olub. Bu təcürbənin itkin düşmüşlərə də aid ola biləcəyini düşünürəm. Ermənilər hər zaman olduğu kimi bu dəfə də Azərbaycan tərəfini aldada bilərlər".
Billurə Quliyeva