30 illik ömür, əbədi söz-Mikayıl Müşfiqin xatirəsinə

Tarix: 17:22 05.06.2025
5 iyun — bu tarix Azərbaycan ədəbiyyatında xüsusi bir iz buraxan, poeziyamızın parlaq nümayəndəsi Mikayıl Müşfiqin doğum günüdür. Şair ömrü cəmi 30 il sürüb, lakin bu qısa zamana sığdırdığı poeziya onun adını əbədiləşdirib.
Mikayıl Müşfiq sözə vurğun idi. Onun misralarında yalnız romantika yox, həm də azadlıq sevgisi, vətən yanğısı, xalqının gələcəyinə inam hiss olunurdu. O, Azərbaycan şeirinə yeni nəfəs, yeni duyğular gətirib.
“Oxu tar!”, “Yenə o bağ olaydı”, “Ana” kimi şeirləri zamanın sınağından çıxaraq bu günədək sevilərək oxunur. Müşfiq həm də repressiya qurbanı idi – 6 yanvar 1939-cu ildə əsassız olaraq güllələndi. Lakin nə güllə onu susdura bildi, nə də zaman unutdura...
Bu gün onun doğum gününü qeyd edərkən yalnız bir şairi deyil, həm də milli söz azadlığı uğrunda canından keçən bir qəhrəmanı yad edirik.
Ad günün mübarək, Mikayıl Müşfiq! Sən daim bizimlə — sözlərində, ruhumuzda və yaddaşımızda yaşayacaqsan.
Nigar Həsənzadə