Düşənbədə statistik istehsalda Azərbaycan təcrübəsi təqdim edilib

Tarix: 17:36 05.06.2025
Düşənbədə Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlətlərarası Statistika Komitəsi “MDB iştirakçısı olan dövlətlərin milli statistika xidmətlərinin fəaliyyətinin informasiya təminatının təkmilləşdirilməsi”nə dair iclas keçirib.
"İnformator.az" "Report"a istinadən xəbər verir ki, tədbirdə Azərbaycanı DSK sədrinin müavini Yusif Yusifov və İnformasiya texnologiyaları şöbəsinin müdiri Çimnaz Əliyeva iştirak ediblər.
Tədbirdə “Statistik istehsalda informasiya texnologiyaları və istifadəçilər üçün elektron statistik xidmətlər: Azərbaycan təcrübəsi” təqdimatı ilə iştirakçılara son illər Azərbaycanda məlumatların toplanması, emalı və yayılması sahəsində tətbiq edilmiş texnoloji yeniliklər barədə ətraflı məlumat verilib.
Bildirilib ki, hazırda Azərbaycanda bütün rəsmi statistika hesabatları elektron sənəd formasında, onlayn rejimdə təqdim edilir, məlumatlar avtomatik rejimdə yoxlanılır, emal olunur və statistik bülletenlər hazırlanır.