Azərbaycan və Ermənistan nümayəndələri görüşüb

Bölmə: Siyasət › ,
Tarix: 19:03 05.06.2025

 


Azərbaycanın və Ermənistanın itkin düşmüş şəxslər üzrə dövlət komissiyalarının nümayəndələri arasında növbəti görüş keçirilib.


Mövzu ilə əlaqədar politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan dövlətinin, xüsusən dövlət başçısının yürütdüyü səmərəli dinamik siyasət nəticəsində Ermənistan tamamilə sülhə hazır duruma gətirilib:


“Sadəcə sülhün davamlı, möhkəm olması üçün Ermənistan öhdəsinə düşən vəzifələri icra etməlidir. Hazırda bu prosesləri izləyirik. Azərbaycan və Ermənistan arasında İtkin Düşmüş Şəxslər üzrə Dövlət Komissiyaları nümayəndələrinin görüşü və qarşılıqlı mübadiləsi də bu yaxınlaşma prosesinin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Bu görüşlərin mütəmadi olaraq keçirilməsi şübhəsiz ki, hər iki dövlət arasında münasibətlərin nizamlanması, açıq qalan məsələlərin həlli və yekunu üçün zəruridir. Bir qərinədən artıqdır ki, həddən artıq gərgin və pozulan münasibətlərin qısa müddətdə köklü bərpası da çətin məsələdir. Buna baxmayaraq Azərbaycanın apardığı sülh siyasəti, ədalətli mövqeyi mane olmaq istəyən xarici güclərin də müdafiəsinə yer qoymur”.


Ekspertin sözlərinə görə dövlətimizin vasitəsiz olaraq birbaşa danışıqlara və lazımi əlaqələrin bərpasına birbaşa iradəsi vasitəçilik adı ilə müdaifə edib pozuculuq niyyətində olanların son ümidini də puça çıxardır:


“Təbii ki, Azərbaycanla Ermənistan arsında münasibətlərin nizamlanması, sülh prosesini davam etdirməsi həm regionda həm də dünyada bəzi mənfur niyyətli dairələri narahat edir. Çünki bu dövlətlər arasında daimi bir münaqişə və problem saxlayaraq mütəmadi olaraq o məsələdən yararlanmaq istəyənlər naümid olurlar. Cənub və Şimal qonşumuz pozuculuq işində nailiyyət əldə edə bilməyərək sonda reallıqla barışmağa məcburdur. Azərbaycanın qətiyyətli mövqeyi qarşında heç bir xarici təsir proseslərə pozucu təsir etməyə qadir deyil. Fransa və Rusiya, həmçinin İran da bu münasibətlərin bərpasında müdaxilə etmək, öz maraqlarını diqtə etmək istədilər. Fəqət müəyən zamanlarda Ermənistanın buna uymağa meyllənməsini də müşahidə etdik. Lakin Azərbaycan dövlətinin qətiyyətli mövqeyi və dövlət başçısının prinsipial siyasəti Ermənistanı da ağlını başına toplamağa məcbur edib. Odur ki, Ermənistan və Azərbaycan aranda bu cür humanitar görüş, danışıq və münasibətlərin davamlı olması vacibdir. Çünki müxtəlif mövzularda müəyyən məsələlər var ki, onların tam həlli yalnız belə əlaqələrin inkişafı ilə mümkündür”.


Asiman Vəliyeva