ABŞ Ukraynaya vəd etdiyi raket qoruyucularını öz ehtiyaclarına yönəldib

Bölmə: Siyasət › ,
Tarix: 20:18 05.06.2025

 

ABŞ müdafiə naziri Pit Heqset Ukrayna üçün nəzərdə tutulan raket qoruyucularının Yaxın Şərqdəki ABŞ ordusuna yönləndirilməsi barədə göstəriş verib. Ukrayna hərbçiləri Rusiya pilotsuz təyyarələrinin hücumlarına qarşı raket qoruyucularından istifadə ediblər. Qısa mənzilli qoruyucular lazerlə idarə olunan yer-hava raketləri üçün hazırlanıb. ABŞ Silahlı Qüvvələri bu raketləri F-15E qırıcılarından atmaq üçün uyğunlaşdırıb.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, ABŞ-nin raket qoruyucularla bağlı verdiyi qərar Ukrayna üçün müəyyən problem yarada bilər:

 

"Ukrayna hazırda ciddi şəkildə hava hücumundan müdafiə qurğularına ehtiyac duyur. Amerika Yaxın Şərqdə öz maraqlarını qorumaqdadır. Ən əsas müttəfiqi isə İsraildir və onun təhlükəsizliyini artırır. Masada konstruktiv mövqe tutmaq istəyir.

NATO da Amerikanın atdığı bu addımlara öz narazılığını bildirəcək. Onlar da Amerikadan müəyyən addım gözlədikləri üçün Ukraynaya yardım edərək bu çatışmazlığı kompensasiya edə bilərlər".

 

Aygün Babayeva