Paşinyan: Petrosyan saxtakarlığın banisidir, fırıldaqçı...

Bölmə: Dünya › ,
Tarix: 11:28 08.06.2025

Levon Ter-Petrosyan Ermənistan Respublikasında seçki saxtakarlığı praktikasının banisidir və o, təbii ki, özü kimi populist fırıldaqçı və fırıldaqçının yanında olmalıdır.

 

"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin birinci prezidenti Levon Ter-Petrosyanın ötən gün II Qareginlə görüşməsi və ona “tam dəstək” ifadə etməsi haqda sosial şəbəkə hesabında yazıb.

 

Qeyd edək ki, Paşinyanla erməni kilsəsi arasında gərginlik yaşanır. Paşinyan bəzi yepiskopları subaylıq andını pozmaqda, doğmalarının ailəsinə qarşı əxlaqsızlıqda ittiham edib.