Kreml “Pautina”ya cavab hazırlayır-ABŞ xəbərdarlıq edib

Bölmə: Dünya › ,
Tarix: 11:24 08.06.2025

Rusiya “Hörümçək toru” əməliyyatına cavab olaraq Ukraynaya daha güclü zərbə endirə bilər. ABŞ rəsmilərinin sözlərinə görə, Kreml “Hörümçək toru” əməliyyatına hələ tam reaksiya verməyib, ona görə də yaxın gələcəkdə Ukrayna Təhlükəsizlik Xidmətinin infrastrukturunu əhatə edə biləcək çoxtərəfli hücum mümkündür.

 

"İnformator.az"  xəbər verir ki, bu barədə “Röyters” mənbələrə istinadla məlumat yayıb.

 

Məlumata görə, mümkün zərbənin vaxtı məlum deyil, lakin hücum yaxın günlərdə baş verə bilər.

 

Mənbələr deyib ki, Kremlin cavabı müxtəlif növ hava vasitələrindən, o cümlədən raketlər və PUA-lardan istifadəni əhatə edəcək.

 

“Röyters”ə danışan rəsmilər hücumun potensial hədəflərini açıqlamayıblar və ya kəşfiyyat məlumatları ilə bağlı şərh verməyiblər, lakin onlardan biri cavabın asimmetrik olacağını bilirib, yəni bu, Ukraynanın Rusiya təyyarələrinə vurduğu zərbəni mütləq əks etdirməyəcək.