Tokayev iki naziri vəzifəsindən azad edib

Bölmə: Dünya › ,
Tarix: 14:39 08.06.2025

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin müdafiə naziri Ruslan Jaksılıkovu vəzifəsindən azad edib.

 

Bu barədə "İnformator.az" Qazaxıstan liderinin Mətbuat Xidmətinə istinadən xəbər verir.

 

Daha əvvəl müdafiə nazirinin müavini - Qazaxıstan Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qüvvələrinin baş komandanı vəzifəsini tutmuş Dauren Kosanov yeni nazir təyin edilib.

 

Tokayev daha öncə töhmət verdiyi nəqliyyat naziri Marat Karabayevi də vəzifəsindən azad edib.

Dövlət başçısının Mətbuat Xidməti yeni nəqliyyat nazirinin kim olacağı barədə məlumat verməyib.