Qalib MMA döyüşçüləri Əbu-Dabiyə yollanacaq

Bölmə: İdman › ,
Tarix: 16:22 08.06.2025

 

Bakıda keçirilən MMA üzrə Azərbaycan kubokuna bu gün yekun vurulacaq.

 

“İnformator.az” xəbər verir ki, 39 klub və komandadan 450-yədək idmançının iştirak etdiyi yarışa ötən gün start verilib.

 

Qeyd edək ki, qaliblər 20-27 iyul tarixlərində Əbu-Dabidə keçiriləcək dünya çempionatında iştirak etmək hüququ qazanacaqlar.