Kremldən Rütteyə cavab: "NATO qarşıdurma üçün yaradılmış vasitədir"

Tarix: 16:14 09.06.2025
NATO-nun baş katibi Mark Rütte alyansın hava hücumundan müdafiə sistemlərinin imkanlarının 400 faiz artırılmasında israr edir.
“İnformator.az” xəbər verir ki, bu fikir onun mətbuat xidməti tərəfindən yayılan "Chatham House"nin London konfransındakı çıxışının mətnində yer alıb.
M.Rüttenin fikrincə, "NATO öz hava hücumundan və raket hücumundan müdafiə imkanlarını 400 faiz artırmalıdır".
Bundan əlavə, Rütte konfransda NATO ölkələrinə hərbi təhdidin mövcud olduğu və bunun Ukraynada münaqişə başa çatandan sonra aradan qalxmayacağı iddiası ilə çıxış etməyə hazırlaşır.
Xatırladaq ki, Rütte Brüsseldə NATO ölkələrinin müdafiə nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında alyansın hərbi imkanlarının soyuq müharibə dövründən bu yana görünməmiş miqyasda genişləndirilməsi planlarının təsdiqindən danışıb.