Rusiyadan dəyişdiriləcək əsirlərin siyahısını hələ də almadıq-Zelenski

Tarix: 16:23 09.06.2025
Ukrayna Prezidenti Volodimir Zelenski İstanbul danışıqları zamanı əldə olunan razılaşmaya əsasən dəyişdiriləcək əsirlərin siyahısını Rusiyadan hələ də almadıqlarını açıqlayıb.
Zelenski, sosial media hesabında etdiyi paylaşımda Rusiya-Ukrayna müharibəsindəki son hadisələri dəyərləndirib. İstanbul danışıqlarında Rusiya ilə əldə olunan razılaşma çərçivəsində əsir mübadiləsi və hərbçilərin cənazələrinin dəyişdirilməsi məsələlərinə toxunan Zelenski, Müdafiə naziri Rüstem Umerov və digər rəsmilərdən məlumat aldığını bildirib.
O, əsir mübadiləsi və cənazələrin geri qaytarılması üçün bütün səylərin göstərildiyini vurğulayaraq, “İstanbulda üzərində razılığa gəldiyimiz minlərlə nəfərlə bağlı Rusiyadan təəssüf ki, hələ də tam siyahılar yoxdur”, deyə qeyd edib.
Zelenski, mübadilə prosesinin davam etdirilə biləcəyinə inandıqlarını bildirərək əlavə edib:
“Biz öz tərəfimizdən bunun üçün əlimizdən gələn hər şeyi edirik. Əgər ruslar bu cür humanitar məsələlərdə belə razılaşmalara əməl etmirlərsə, bu, danışıqlar və diplomatiya sahəsində göstərilən bütün beynəlxalq səyləri, xüsusilə də ABŞ-nin səylərini ciddi şəkildə şübhə altına alacaq”.
Haber Global
Nuray Əliyeva