ABŞ-də kiçik təyyarə qəzaya uğrayıb

Tarix: 16:17 09.06.2025
ABŞ-nin Tennessi ştatında 20 nəfəri daşıyan iki mühərrikli bir təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin olmadığı, bəzi sərnişinlərin isə xəsarət aldığı bildirilib.
Tennessi Polisindən verilən açıqlamaya görə, yerli vaxtla günorta saatlarında Coffee County bölgəsində iki mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində ölən olmayıb.
Kənd təsərrüfatı ərazisinə düşən təyyarədəki 20 nəfərin hamısının sağ qaldığı, yalnız bəzi sərnişinlərin xəsarət aldığı və helikopterlə xəstəxanaya çatdırıldıqları bildirilib.
Qəzaya uğrayan təyyarənin paraşütlə atlama (skaydayvinq) təyyarəsi olduğu qeyd edilib. Hadisə ilə bağlı istintaqa başlanıldığı açıqlanıb.
TRT Xəbər
Nuray Əliyeva