İşğalçı İsrail ordusu Madleen gəmisinə hücum edib

Bölmə: Dünya › ,
Tarix: 19:03 09.06.2025

İsrail ordusu 12 hüquq müdafiəçisini daşıyan və Qəzzaya humanitar yardım çatdırmaq üçün yola çıxan Madleen gəmisinə hücum edib.

 

İsrail ordusunun Madleen gəmisinə müdaxilə etdiyi bildirilən açıqlamada "Madleen ilə əlaqə kəsilib. İsrail ordusu gəmiyə minib. Madleen gəmisindəki könüllüləri İsrail ordusu qaçırıb”,-deyilir.


Bəyanatda Qəzzada aclıqdan əziyyət çəkən fələstinlilərə dəstək olmaq və onların təhlükəsizliyini təmin etmək üçün yola çıxan qaçırılan hüquq müdafiəçilərinin vətəndaşlıq ölkələrinin xarici işlər nazirliklərinə təzyiq göstərilməsinə çağırılıb.

 

Mənbə: TRT Haber
Zəhra Möhübbətova