Hindistanda gəmidə partlayış-itkin düşənlər var

Bölmə: Dünya › ,
Tarix: 16:57 09.06.2025

Hindistanın Kerala ştatı sahillərində "Singapore" gəmisində partlayışdan sonra yanğın baş verib.

 

“İnformator.az” bu barədə "Newsbytes" portalına istinadla xəbər verir.

 

Bildirilir ki, hadisə bazar ertəsi səhər saatlarında Sinqapur bayrağı altında üzən yük gəmisinin göyərtəsində baş verib.

İnsident nəticəsində gəminin dörd heyət üzvü itkin düşüb.

 

Hazırda Hindistan Hərbi Dəniz Qüvvələri xilasetmə əməliyyatı aparır.