Tramp: “Qanun və asayişi qoruyacağıq”

Bölmə: Dünya › ,
Tarix: 19:55 09.06.2025

 

ABŞ Prezidenti Donald Tramp, Los-Ancelesdə qeyri-qanuni mühacirlərə dəstək aksiyalarına cavab olaraq sərt açıqlama verib. Tramp, “Ölkəmizə və vətəndaşlarımıza təhlükə görsək, çox sərt davranacağıq” deyə xəbərdarlıq edib.

 

Prezident, Nyu Cersidəki iqamətgahından Kemp Devidə gedərkən hava limanında jurnalistlərin suallarını cavablayıb. O, Los-Ancelesdəki hadisələri “üsyan” adlandırıb və Milli Qvardiyanın bölgəyə göndərildiyini, lazım olarsa, əlavə qüvvələrin də yerləşdiriləcəyini bildirib.

 

Tramp, Kaliforniya və Los-Ancelesin Demokrat rəhbərlərini vəziyyəti nəzarətsiz buraxmaqda günahlandıraraq, bu cür etirazlara daha dözümlü yanaşmayacaqlarını vurğulayıb.

 

Xatırladaq ki, son iki gündə İmmiqrasiya və Gömrük İslahatları Departamentinə (ICE) qarşı etirazlarda bir neçə nümayişçi saxlanılıb, təhlükəsizlik qüvvələri ilə toqquşmalar baş verib.


TRT haber
Mahmudlu Ləman