Rusiya rəsmisi: 2022-ci il sülh təklifi daha yumşaq idi

Bölmə: Dünya › ,
Tarix: 19:59 09.06.2025

Rusiyanın 2022-ci ildə Ukraynaya təklif etdiyi sülh şərtləri indikindən daha yumşaq idi.

 

"İnformator.az"ın məlumatına görə, bunu Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski RT-yə müsahibəsində deyib.

 

Onun sözlərinə görə, Kiyev təkbaşına qərarlar qəbul etsəydi, sülh müqaviləsi həmin il fevralın 28-də imzalanacaqdı.


"Ukrayna istəsəydi, hazır olsaydı, o zaman biz 2022-ci il fevralın 28-də ilk iclasda sülh müqaviləsi imzalaya bilərdik", - Rusiya danışıqlar nümayəndə heyətinin rəhbəri bildirib.